Ərazisi - 1048 km2
Əhalisinin sayı - 57000
İnzibati mərkəzi - Xankəndi
Coğrafi mövqeyi
Dağlıq Qarabağın mərkəzi. Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir.
İqtisadi xarakteristikası
Xankəndi ölkənin inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardır.
Xankəndi rayonu 26 dekabr 1991-ci ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.