1992-ci il mayın 8-də Azərbaycanın dilbər guşəsi, musiqi, mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən işğal olunub. Nəticədə 289 kv.kilometr ərazi təcavüzə məruz qalıb, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı, tibb məktəktəbləri, Orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, avtobaza, Şuşa sanitoriyası, 2 kinoteatr, 3 muzey, turist bazası, Şərq Musiqi Alətləri Fabriki və s. mədəni və inzibati binalar dağıdılıb. 100 nəfərdən çox insan qətlə yetirilib, 121 nəfər itkin düşüb. Onlardan 43 nəfəri ermənilər tərəfindən əsir götürülüb, işğal olunmuş Dağlıq Qarabağda və Ermənistanda saxlanılır...
Artıq Şuşanın işğalından 20 il ötür.Yəqin ki,bu illərin üstünə illər əlavə olunmayacaq.Allah bütün şəhidlərə rəhmət eləsin!
BAYRAQ ENMƏZ! AZAN DİNMƏZ! BU VƏTƏNİ KİMSƏ BÖLMƏZ!!!