Leetlogin Plugininin mənim tərəfimdən redaktə olunaraq dahada təkmişləşdirilmiş forması. Düzdür LocaL Edition v1 olduğundan o qədərdə çox dəyişiklik olmayıb. Yeni versiyalarda dahada çox dəyişikliklər olacaq.
Giriş olmamış screen:
Nələr əlavə olundu? Girişdə bəzi sözlər azca rəngləndi. Çox bilinən rəng qoyulmadı çünkü biraz yaxşı görsənmirdi. İstifadəçi adı və Şifrə yazılarının əvvəlində olan iconlar avtomatik oldu yəniki daha iconu public html-yə atmaq lazım olmayacaq. Avtomatik iconlar pluginin qovluğunda gələcək və avtomatik işlək vəziyyətdə olacaq. İconları dəyişmək üçün leetlogin/misc/iadi.png və leetlogin/misc/isifre.png iconlarını əvəzinə yeni iconları qoya bilərsiniz.
Giriş panelinə İP Adresi əlavə olundu. Hər bir istifadəçinin İP adresi görsənəcək.
Giriş olduqdan sonra:
Nələr əlavə olundu? Xoş gəlmisiniz və PM saylarına boz rəng verildi. İstifadəçinin adı qrup rənginə uyğun olaraq göstərilməsi düzəldildi,yəniki əvvəl bütün istifadəcilərin
adı ağ rəngdə görsənirdisə indi artıq həmin istifadəçi daxil olduğu qrupun rəngində görsənəcək.
Yeni birbaşa linklər əlavə olundu:
Mövzu aç
Xəbər göndər
Rep Top10
Əlaqə
Yuxarda gördüyləriniz yeni əlavə olunmuş seçimlərdi.
İşarə iconu dəyişildi. Burayada İstifadəçinin İP adresini görməsi funksiyası əlavə olundu.